
Fərid Osmanov: Ani Ödənişlər Sisteminə daha 2 bank - “AzərTürkBank” və “TuranBank” inteqrasiya edilib
Ani Ödənişlər Sisteminə (AÖS) daha 2 bank - “AzərTürkBank” ASC və “TuranBank” ASC inteqrasiya edilib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın direktoru Fərid Osmanov mətbuat konfransında deyib.
O bildirib ki, Mərkəzi Bankı tərəfindən Ani Ödənişlər sistemi oktyabrın 1-dən real rejimdə istismara verilib. Hazırda 15 bank Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Xəzinədarlığı vasitəsi ilə AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Müəllif: Aynur Qəniyeva