FED faizi endirdi-Dollar UCUZLAŞDI

FED faizi endirdi-Dollar UCUZLAŞDI

BANK
766

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının vaxtından əvvəl faiz azaldılması qərarını verməsi, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına səbəb olmuşdur. 

Lakin cari faiz səviyyələri artıq son iki həftədir qiymətlərdə nəzərə alındığı üçün ucuzlaşma məhdud olub. 

ABŞ Mərkəzi Bankı (Fed) faizləri 0,50 bənd aşağı saldı. Marja xəbər verir ki, Fed faizləri 1,50-1,75% aralığından 1,00-1,25% aralığına endirib.

 Fed-in faizləri 17-18 Martdakı yığıncaqda aşağı salacağı gözlənilirdi.

Fed-dən verilən açıqlamada, "Koronavirusun ABŞ iqtisadiyyatı üçün risklər yaratdığı vurğulanıb, virus riskləri səbəbilə faiz endiriminə gedildiyi" qeyd edilib. 

Açıqlamada, "ABŞ iqtisadiyyatının təməlləri möhkəm qalmaqda davam edir, Fed hadisələri yaxından izləyir və inkişafı dəstəkləmək üçün uyğun siyasəti davam etdirəcək" ifadələri istifadə edilib.  Fed-in faiz qərarından sonra Dollar əksər valyutalar qarşısında dəyərdən düşüb.

Avro-nun qiyməti 1.1212 dolları görüb.Türk Lirəsi 1,7% bahalaşıb və Dollar/TL məzənnəsi 6.07 səviyyələrinə düşüb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED faizi endirdi-Dollar UCUZLAŞDI — Fins.az — Fins.az