FED faiz qərarını AÇIQLAYIB

FED faiz qərarını AÇIQLAYIB

BANK
395
FED federal maliyyələşdirmə nisbətini gözləntilərə uyğun olaraq dəyişdirmədi. Yığıncaqdan sonra açıqlama verən Fed sədri Powell, son zamanlarda koronavirus yoluxmalarında artımın həyəcan verici olduğunu bildirib. Federal Reserve Fed faiz nisbətini gözləntilər səviyyəsində sabit saxladığı halda, Fed sədri Powell artan yoluxmaların həyəcan verici olduğuna dair mesaj verib. Bankın verdiyi açıqlamaya görə, federal maliyyələşdirmə nisbətləri dəyişməz qalıb və hədəf 0 - 0.25 nisbətində qalıb. Artıq ehtiyatlara görə faiz də 0,10 faiz səviyyəsində qalıb. FED, aktivlərin satın alma proqramını da dəyişdirməyib. Bankdan faiz dəyişikliyi gözlənilmirdi. FED 15-16 sentyabr tarixlərində keçirdiyi toplantıda ABŞ iqtisadiyyatının pandemiya problemlərinə qarşı sağlamlaşdırılmasına kömək etmək üçün faiz dərəcələrini ən azı 2023-cü ilə qədər sabit saxlayacağına işarə edir Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED faiz qərarını AÇIQLAYIB — Fins.az — Fins.az