
FED faiz qərarını açıqladı
Bakı 17 dekabr Fins.az
ABŞ Mərkəzi Bankında (Fed) 2020-ci ilin sonuncu yığıncağı başa çatıb.
Fins.az xəbər verir ki, Fed, proqnozlara paralel olaraq federal maliyyələşdirmə faizində dəyişiklik etməyib və 0% - 0.25% aralığında saxlayıb.
Bankın yaydığı açıqlamada, hədəflərdə əhəmiyyətli irəliləyiş qeyd edilənə qədər istiqraz alışlarına davam ediləcəyi qeyd edilib.
Fed, 15-16 Sentyabr tarixli yığıncağında ABŞ iqtisadiyyatının pandemiyadan qaynaqlanan problemlərə qarşı yığışmasına kömək olmaq üçün faizləri heç olmasa 2023-cü ilə qədər dəyişməz saxlayacağının siqnalını vermiş, 4-5 Noyabr tarixli yığıncağında da eyni siyasəti davam etdirmiş və faiz dəyişdirməmişdi.
Fed ümumi maliyyə şərtlərinin iqtisadiyyat üçün dəstəkləyici olmağa davam edəcəyini vurğulayıb. Dollar swap xətti 2021-ci ilin Sentyabr ayına qədər uzadılıb. Fed, aylıq olaraq 120 milyard dollarlıq qiymətli kağız alışını davam etdirəcək.