FED bazarları rahatlaşdırmaq üçün 5 trilyon dollar buraxır

FED bazarları rahatlaşdırmaq üçün 5 trilyon dollar buraxır

BANK
756

ABŞ Mərkəzi Bankı (FED) bazarları rahatlaşdırmaq üçün qarşıdakı bir ay ərzində 5 trilyon dollar likvidlik verməyə hazırlaşır.

Fins.az xəbər verir ki, bu addım, rəsmilərin, qısamüddətli maliyyə faizlərinin yüksəlməsini önləmək üçün nə lazımdırsa edəcəklərinin bir işarəsi olaraq qiymətləndirilir.

Koronavirus epidemiyası borc bazarlarında və eyni zamanda ABŞ Xəzinə istiqrazları bazarlarında çətinliklər yaratmağa başlayıb.

Fed bu həftə repo əməliyyatı ilə bazara 500 milyard dollar verib. Bank bu addımını Cümə günü bir daha 500 milyard dollar verərək təkrar edəcək və qarşıdakı bir aylıq dövrdə hər biri eyni miqdarda olmaqla cəmi 10 əməliyyat reallaşdırmağı planlaşdırır.

Səhmlərdə sərt satışlar dərinləşir və şirkətlərin nağd ehtiyacları artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED bazarları rahatlaşdırmaq üçün 5 trilyon dollar buraxır — Fins.az — Fins.az