
Evdə oturaraq "Unibank"ın hansı xidmətlərindən istifadə edə bilərsiniz?- PULSUZ KARTA SAHİB OLMAQ İMKANI
Dünyada koronovirusun yayılması ilə əlaqədar olaraq,insanların evdə qalması zəruri hala çevrilib. Bu səbəbdən müxtəlif ehtiyacların evdən çıxmadan ödənilməsi vacib amil hesab edilir. Bununla əlaqədar ölkəmizdə fəaliyyət göstərən banklraın müştərilərə evdən çıxmadan göstərdiyi xidmətlər aktuallaşıb.
Bununla bağlı fins.az ölkənin aparıcı banklarından biri olan "Unibank"ın müştərilərin evdən çıxmadan faydalana biləcəyi xidmətlərini təqdim edir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, "Unibank"ın mobil tətbiqi olan "Unibank Mobile" hazırda ölkəmizdə ən çox istifadə olunan və təkmil mobil bank əlavələrindəndir. "Unibank Mobile" istifadəçilərinin hazırkı sayı yarım milyondan çoxdur. Hazırda "Unibank" "Unibank Mobile"-da müştərilərə 50-dən artıq bank xidməti təklif edilir və ümumi Bank xidmətinin 90%-ni əhatə edir. 18 yaşına çatmış hər bir şəxs "Unibank" müştərisi olmadan belə, "Unibank Mobile"-ı yükləyib həmin an da "Digital Card" sahibi ola bilər. Yəni müştəri evdən çıxmadan, banka gəlmədən bank kartına pulsuz sahib ola bilər.
Eyni zamanada "Unibank Mobile" hazırda evdən çıxmadan müştəriyə aşağıdakı bank məhsul və xidmətlərindən istifadə imkanı yaradır:
• Saniyələr içində istənilən şəxsə Unibankın Digital Kartının açılması.
• Kartdan karta köçürmə
• Təcili pul köçürməsi (Zolotoya Korona, Contact)
• Kredit ödənişləri (Həm Unibank, həm də digər bankların)
• Əmanətin artırılması
• Kommunal odənişlər
• Hökumət odənişləri (eləcə də, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım ödənişi)
• Kart sifarişi və ödənişi
• Kredit müraciəti
• Hesabdan çıxarış
Müəllif: Aynur Qəniyeva