Əmanət məhsulu yüksək gəlirlilik imkanı yaradır

Əmanət məhsulu yüksək gəlirlilik imkanı yaradır

BANK
315

Fins.az “Bank VTB (Azərbaycan)” ASC müştərilərinə yüksək gəlirlilik və çevik şərtlərlə “Sərfəli Əmanət” depozit məhsulunu təqdim edir.

Bankın məlumatına görə, “Sərfəli Əmanət” depoziti yüksək faiz dərəcəsi, əmanətin üç valyutada yerləşdirilməsi imkanı və çevik faiz şərtləri ilə fərqlənir.

Depozit üzrə minimum məbləğ 100 AZN, 100 ABŞ dolları və ya 5 000 Rusiya rublu təşkil edir. Əmanət 3 aydan 36 ayadək müddətə yerləşdirilə bilər.

Bildirilir ki, depozit müddəti ərzində əmanət hesabına əlavə vəsait yatırılması mümkün deyil.

Bankın təqdim etdiyi şərtlərə əsasən, “Sərfəli Əmanət” depoziti üzrə illik faiz dərəcəsi 11,5%-dək təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əmanət məhsulu yüksək gəlirlilik imkanı yaradır — Fins.az — Fins.az