
Əmanət bazarında avans faizli məhsullara tələbat artır
Fins.az – “Bank VTB (Azərbaycan)” ASC müştərilərinə təqdim etdiyi "Avans" depoziti ilə əmanət üzrə hesablanan faizləri depozitin qeydiyyata alınmasından dərhal sonra əldə etmək imkanı yaradır.
Bankın məlumatına görə, "Avans" depoziti faiz gəlirlərini əldə etmək üçün aylar və ya illərlə gözləmədən, əmanət rəsmiləşdirildikdən dərhal sonra müştərinin istifadəsinə təqdim edir.
Bildirilib ki, depozit üzrə minimum məbləğ 500 manat təşkil edir. Əmanətin müddəti 1 ildən 3 ilədək müəyyən olunub.
Qeyd edilib ki, "Avans" depozitinə sonradan əlavə vəsait yatırılması mümkün deyil.
Məlumata əsasən, depozit üzrə illik faiz dərəcəsi 9,5 faizə qədər təşkil edir.