
Elman Rüstəmov : "Faiz dəhlizinin yuxarı həddinin 1 faiz bəndi aşağı salınması imkan verəcəkdir ki,.."
Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində, faiz dəhlizinin aşağı həddinin də 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilib.
Fins.az xəbər verir ki, faiz qərarını açıqlayan Mərkəzi Bank sədri Elman Rüstəmov bildirib ki,bütövlükdə bu qərar pul siyasətinə həsr olunmuş son iclasdan keçən dövrdə qlobal mühitdə qeyri müəyyənliklərin daha da artması karonavirus pandemiyasının neqativ təsirlərinin güclənməsi makroiqtisadi və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluq arasında balansı təmin etmək zəruriyəti nəzərə alınmaqla qəbul etmişdir.
Mərkəzi Bank sədri faiz dərəcəsinin aşağı həddinin endirilməsi ilə bağlı "Faiz dərəcəsinin aşağı həddi ilə maliyyə bazarlarında özümüzün sterilizasiya əməliyyatlarımızı həyata keçiririk .Yuxarı həddi ilə isə iqtisadiyyata likvidlik dəstəyi veririk. Faiz dəhlizinin yuxarı həddinin 1 faiz bəndi aşağı salınması imkan verəcəkdir ki, bütövlükdə iqtisadiyyata daha ucuz kreditlər verilsin. Bütövlükdə bank sektorunun likvidliyə ehtiyacı olduğu zaman onlardan aldığı zaman onların cəlb etdiyi vəsaitlər üzrə faiz xərcləri aşağı salınsın"- deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva