
Elman Rüstəmov: Azərbaycan hökuməti neftin qiymətinin ucuzlaşacağı halda “B” planına malikdir
Azərbaycan hökuməti neftin bir barrelinin qiymətinin $30-35-dək azalacağı təqdirdə “B” planına malikdir. Bu sözləri Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
"Əhali çaxnaşmaya düşməməlidir. Hökumətin “B” planı var. Bu plan bir barrel neftin qiymətinin $30-$35-dək enməsinə hazırlanıb. Bütün ehtiyat tədbirləri görülüb", - deyə o, bu gün jurnalistlərə bildirib.