ECB: "Süni intellekt işlərə deyil, maaşlara təsir göstərir"

ECB: "Süni intellekt işlərə deyil, maaşlara təsir göstərir"

BANK
351

ECB-nin süni intellektin istifadə edildiyi sektorlarda məşğulluq payının artdığına diqqət çəkən araşdırma hesabatında, aşağı və orta ixtisaslı işlərin böyük ölçüdə təsirlənmədiyi açıqlandı.

Fins.az xəbər verir ki, süni intellektin qazanclara "neytral və ya bir qədər mənfi təsirləri" olduğu və bu təsirlərin arta biləcəyi qeyd edilib.

Süni intellektlə dəstəklənən texnologiyaların inkişaf etdirilməsinin davam etdiyi bildirilən hesabatda, "Bunların məşğulluq və maaşlara, dolayısıyla böyüməyə təsirlərinin çoxu hələ də müşahidə edilməmişdir" ifadəsi işlədilib.

Hesabatda dərc edilən tapıntılar, “orta ixtisaslı işçilərin məşğulluğunu azaltmış” kompüterləşmə kimi texnologiyanın əvvəlki dövrləri ilə ziddiyyət təşkil edir.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ECB: "Süni intellekt işlərə deyil, maaşlara təsir göstərir" — Fins.az — Fins.az