Dünya Bankı: Enerji qiymətləri 24% artacaq

Dünya Bankı: Enerji qiymətləri 24% artacaq

BANK
364

Yaxın Şərqdə davam edən müharibə fonunda qlobal əmtəə bazarlarında qiymət artımı sürətlənir və 2026-cı ildə enerji daşıyıcılarının qiymətlərinin 24% yüksələcəyi gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun “Əmtəə bazarlarına baxış” adlı son hesabatında qeyd olunur.

Məlumata əsasən, ümumilikdə 2026-cı ildə xammal qiymətlərinin 16% artacağı proqnozlaşdırılır. Bu artım əsasən enerji və gübrə məhsullarının bahalaşması, eləcə də bir sıra əsas metallar üzrə yüksək qiymətlərin qorunması ilə əlaqələndirilir.

Hesabatda vurğulanır ki, bazarlardakı bu şok iş yerlərinin yaradılması və iqtisadi inkişaf baxımından ciddi təsirlərə səbəb ola bilər.

Qeyd olunur ki, enerji infrastrukturuna hücumlar və dünya üzrə dəniz yolu ilə neft tədarükünün təxminən 35%-nin keçdiyi Hörmüz boğazında gəmiçiliyin pozulması tarixdə ən böyük neft təklifi şoklarından birini yaradıb. İlkin mərhələdə qlobal neft təklifi gündə təxminən 10 milyon barel azalıb.

Son dövrlərdə qiymətlər müəyyən qədər sabitləşsə də, aprelin ortalarında Brent nefti ilin əvvəli ilə müqayisədə 50%-dən çox yüksək olaraq qalırdı. Proqnozlara görə, 2026-cı ildə “Brent” markalı neftin orta qiyməti 2025-ci ildəki 69 dollarla müqayisədə 86 dollar təşkil edəcək.

Analitiklər hesab edir ki, ən kəskin fasilələrin may ayında başa çatacağı, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin isə 2026-cı ilin sonuna qədər tədricən müharibədən əvvəlki səviyyəyə qayıdacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya Bankı: Enerji qiymətləri 24% artacaq — Fins.az — Fins.az