Dövlət ödənişlərində rəqəmsal həllərin istifadəsi genişlənir

Dövlət ödənişlərində rəqəmsal həllərin istifadəsi genişlənir

BANK
204

Fins.azYelo Bank ASC müştərilərinə Yelo App mobil tətbiqi vasitəsilə ASAN pay xidmətini təqdim edir.

Bankın məlumatına görə, xidmət vasitəsilə bütün ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqəsi, xarici pasport və miqrasiya sənədlərinin alınması və ya yenilənməsi üzrə ödənişləri mobil tətbiq üzərindən həyata keçirmək mümkündür.

Bildirilir ki, bunun üçün ASAN Xidmət operatorunun qarşısında yerləşdirilən QR kod Yelo App-in QR kod oxuyucusu ilə skan edilməli, daha sonra ödəniş növü təsdiqlənməlidir. Bu üsul istifadəçilərə növbə gözləmədən və mərtəbə dəyişmədən cəmi bir neçə toxunuşla ödəniş etməyə imkan yaradır.

Bank qeyd edir ki, ASAN pay xidmətindən Yelo Bankda cari hesabı və ya bank kartı olan bütün fiziki şəxslər istifadə edə bilərlər. Gələcəkdə xidmət çərçivəsində ödəniş növlərinin artırılması da nəzərdə tutulur.

Yelo Bankın məlumatına əsasən, xidmət üzrə tariflər əməliyyat məbləğindən asılı olaraq müəyyən edilir. Belə ki, 1–500 AZN məbləğində əməliyyatlar üçün xidmət haqqı 0,50 AZN, 501–1000 AZN arası əməliyyatlar üçün 1 AZN, 1001–1500 AZN arası əməliyyatlar üçün isə 2 AZN təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət ödənişlərində rəqəmsal həllərin istifadəsi genişlənir — Fins.az — Fins.az