Dollar yenidən BAHALAŞIR

Dollar yenidən BAHALAŞIR

BANK
4,836

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri Avrozona və İngiltərədən açıqlanan mənfi fundamental göstəricilər fonunda ucuzlaşmaqda davam edir. 

Almaniya, İngiltərə və Avrozonadan önəmli göstəricilər açıqlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyadan fabrik sifarilərinin həcmi, saat 12:30-da İngiltərənin tikinti sektoru və saat 13:00-da Avrozonanın ümumi pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir. 

Almaniyada COVİD-19 ilə mübarizədə tətbiq edilən sosial və iqtisadi məhdudlaşmanın aradan qaldırılması qərarı da diqqət mərkəzindədir. 

Foreks bazarlarında dollara tələb artıb, Bitkoin müqaviməti qıra bilmir. 

ABŞ və Çin arasında siyasi və iqtisadi böhranın genişlənməsi ehtimalı isə dollara olan tələbin yüksək qalması ilə yanaşı, kriptovalyuta birjalarında Bitkoinin keçən həftənin müqavimət səviyyəsinin altında ticarət edilməsinə səbəb olur. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dollar yenidən BAHALAŞIR — Fins.az — Fins.az