
Dollar təzyiq altında - UCUZLAŞDI
Dolların aparıcı valyutalara nisbətən qiymətinin keçən həftənin minimumunda ticarət edilməsi, dəyər itirməkdə davam edəcəyi proqnozlarını daha da artırır.
Fins.az xəbər verir ki, dollar təzyiq altında qalmaqdadır
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Bunun əsas səbəbi isə Amerika Mərkəzi Bankının iqtisadiyyata dəstək olmaq üçün 2.3 milyard dollarlıq yeni yardım paketinin tətbiq etməsidir. İngiltərə Bankı da bunun kimi addım atsa da funtun qiyməti hazırda daha etibarlı hesab edilir. Avropa Mərkəzi Bankının ultra yumşaq monetar siyasəti isə yeni deyil və artıq sərhəd tanımır.
Beləliklə, bazarlarda həm dollar, avro və funt tezyiq altında olsa da şahidi olduğumuz siyasət fonunda öndə olan ölkənin valyutası daha çox ucuzlaşır. Təhlillərə əsasən isə EUR/USD ilə GBP/USD məzənnələrində müşahidə edilən bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. USD/JPY məzənnəsi üzrə təhlillərdə ucuzlaşması ehtimallarının artması istiqamətindədir.