Depozit seyfi seçərkən bunları bilmək vacibdir

Depozit seyfi seçərkən bunları bilmək vacibdir

BANK
375

Fins.az - “Xalq Bank” ASC müştərilərinə qiymətli əşyaların və sənədlərin təhlükəsiz saxlanılması üçün depozit seyflərinin icarəsi xidmətini təqdim edir.

Bankın məlumatına görə, müştərilər qiymətli və zinət əşyalarını, sənədlərini məxfiliyin qorunması şərti ilə bankın depozit seyflərində saxlaya bilərlər. Müştərilər bankla özlərinə uyğun istənilən müddət üçün müqavilə bağlayaraq seyfləri icarəyə götürə bilərlər. Bankın bütün əməliyyat müddəti ərzində müştərilər öz seyflərindən məhdudiyyətsiz istifadə etmək hüququna malik olurlar.

Bildirilib ki, seyfin icarə qiyməti qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyflərinin əsas üstünlükləri sırasında qiymətlilərin etibarlı mühafizə altında saxlanılması, seyfə giriş hüququnun yalnız müştəriyə və onun müvəkkilinə məxsus olması, həmçinin seyfdə saxlanılan əşyalar və onların sahibi barədə məlumatların tam konfidensiallığının təmin edilməsi yer alır.

Məlumata əsasən, Bankın Bakı, Sumqayıt və digər şəhərlərdə yerləşən filiallarında seyf qutularının aylıq icarə haqları ölçüsünə və müddətinə görə dəyişir. Kiçik ölçülü (minimum 40 mm, maksimum 150 mm) seyf qutularının 1–6 ay müddətinədək aylıq icarə haqqı Bakı və Sumqayıtda 15 AZN, digər şəhərlərdə 8 AZN, 7–12 ay müddətinədək müvafiq olaraq 12 AZN və 6 AZN, 13–18 ay müddətinədək isə 9 AZN və 5 AZN təşkil edir.

Orta ölçülü (minimum 151 mm, maksimum 350 mm) seyf qutularının 1–6 ay müddətinədək aylıq icarə haqqı Bakı və Sumqayıtda 23 AZN, digər şəhərlərdə 12 AZN, 7–12 ay müddətinədək 18 AZN və 9 AZN, 13–18 ay müddətinədək isə müvafiq olaraq 14 AZN və 7 AZN müəyyən edilib.

Böyük ölçülü (minimum 351 mm, maksimum 650 mm) seyf qutularının 1–6 ay müddətinədək aylıq icarə haqqı Bakı və Sumqayıtda 30 AZN, digər şəhərlərdə 16 AZN, 7–12 ay müddətinədək 24 AZN və 13 AZN, 13–18 ay müddətinədək isə müvafiq olaraq 18 AZN və 10 AZN təşkil edir.

Bank bildirir ki, seyfin icarəyə verilməsi üzrə şərtlər tərəflərin razılaşması ilə müəyyən edilir. Seyf qutusunun açarının itirilməsinə görə cərimə 250 AZN, seyf açarının itirilməsinə görə isə 200 AZN nəzərdə tutulub.

Bundan əlavə, depozit seyflərinin icarəsi üzrə müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi zamanı da cərimələr tətbiq edilir. Seyf qutusunun boşaldılması və ya açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1 AZN, seyfin boşaldılması və ya seyf açarının qaytarılması üzrə öhdəliyin gecikdirilməsinə görə isə hər gecikdirilən gün üçün 3 AZN cərimə hesablanır.

Qeyd olunub ki, göstərilən məbləğlər əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan təqdim edilib və icarə haqqına ƏDV hesablanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Depozit seyfi seçərkən bunları bilmək vacibdir — Fins.az — Fins.az