Depozit qutularının icarəsi: Tariflər və şərtlər

Depozit qutularının icarəsi: Tariflər və şərtlər

BANK
327

Fins.az“Unibank” KB ASC müştərilərinə qiymətli əmlakın təhlükəsiz saxlanılması üçün müxtəlif ölçülü depozit qutularını qeyri-məhdud müddətə icarəyə götürmək imkanı təqdim edir.

Bankdan verilən məlumata görə, depozit qutularında qanunla saxlanılması qadağan olunmuş əşyalar istisna olmaqla, pul vəsaiti, qiymətli kağızlar, sənədlər, zinət əşyaları və müştəri üçün dəyərli olan digər əmlak yerləşdirilə bilər.

Bildirilib ki, hazırda xidmət Bakı şəhərində yerləşən Baş ofis, 16 saylı filial, Yasamal filialı, Neftçilər filialı və 10 saylı filialda təqdim olunur.

Məlumata əsasən, bank depozit qutularında saxlanılan qiymətli əşyaların qorunmasına görə məsuliyyəti öz üzərinə götürür və xidmət çərçivəsində tam anonimliyə zəmanət verir.

Qeyd olunub ki, depozit qutularının minimal icarə müddəti 1 aydır. İcarə haqqı qutunun ölçüsündən asılı olaraq müəyyən edilir və xidmət yalnız rezident müştərilər üçün nəzərdə tutulub.

Filiallarda təqdim olunan depozit qutuları və aylıq icarə haqları aşağıdakı kimidir:

  • Hündürlüyü 55 mm, eni 320 mm, dərinliyi 490 mm olan qutu – aylıq 30 AZN;

  • Hündürlüyü 88 mm, eni 320 mm, dərinliyi 490 mm olan qutu – aylıq 40 AZN;

  • Hündürlüyü 198 mm, eni 320 mm, dərinliyi 490 mm olan qutu – aylıq 50 AZN;

  • Hündürlüyü 308 mm, eni 320 mm, dərinliyi 490 mm olan qutu – aylıq 100 AZN.

Bildirilib ki, xidmət üzrə sığorta depoziti 150 AZN təşkil edir.

Baş ofisdə mövcud olan depozit qutuları üçün isə aşağıdakı tariflər tətbiq olunur:

  • Hündürlüyü 41 mm, eni 260 mm, dərinliyi 445 mm olan qutu – aylıq 30 AZN;

  • Hündürlüyü 64 mm, eni 260 mm, dərinliyi 445 mm olan qutu – aylıq 40 AZN;

  • Hündürlüyü 116 mm, eni 260 mm, dərinliyi 445 mm olan qutu – aylıq 45 AZN;

  • Hündürlüyü 166 mm, eni 260 mm, dərinliyi 445 mm olan qutu – aylıq 50 AZN;

  • Hündürlüyü 291 mm, eni 260 mm, dərinliyi 445 mm olan qutu – aylıq 100 AZN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Depozit qutularının icarəsi: Tariflər və şərtlər — Fins.az — Fins.az