Depozit hərracında 250 milyon manat cəlb edib

Depozit hərracında 250 milyon manat cəlb edib

BANK
619

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 250 milyon manat cəlb edib. 

“İyunun 16-da keçirilən hərracda təklif 567,7 milyon manat təşkil etsə də, Mərkəzi Bank 250 milyon manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 6,76% təşkil edib”, - bankdan bildirilir.

Vəsaitlər 13 gün müddətinə cəlb edilib.

Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Depozit hərracında 250 milyon manat cəlb edib — Fins.az — Fins.az