Çin xalqa 1,5 milyon dollar rəqəmsal pul payladı

Çin xalqa 1,5 milyon dollar rəqəmsal pul payladı

BANK
2,014

Çinin cənubundakı Shengzhen hökuməti yerli mağazalarda istifadə etmək üçün lotereya yolu ilə xalqa 10 milyon yuan (1,5 milyon dollar) paylayıb. 
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Çin nağdsız gələcək üçün dünyanın ən böyük rəqəmsal valyuta testlərindən birini başladıb.

Keçən həftə Shenzhen hökuməti xalqa 10 milyon yuan (1,5 milyon dollar) rəqəmsal valyuta paylamaq üçün tiraj keçirib. Rəsmi şəkildə təxminən 2 milyon adam müraciət edib, bunlardan 50 mini mükafat qazanıb.

Qalib gələnlər rəqəmsal renminbi tətbiqini yükləyərək rəqəmsal yuan ala və Shenzhen bölgəsindəki 3000 mağazada bu rəqəmsal valyutadan istifadə edə bilərlər. Çinin cənubundakı texnoloji mərkəzində Shenzhen, Huawei və Tencent kimi texnoloji nəhəngləri də var.

Shenzhen rəhbərliyinin WeChat vasitəsi ilə yayımladığı açıqlamada yerli bazar və apteklərin, Walmart kimi şəbəkələrin də tətbiqetməyə qatıldığı bildirilir.

Rəqəmsal yuan Bitcoin kimi bir kriptovalyuta deyil, ancaq Çin Bankı tərəfindən buraxılır və nəzarət olunur.

Rəqəmsal yuan, Alipay və WeChat Pay kimi rəqəmsal cüzdanları əvəz etmək üçün nəzərdə tutulmayıb, lakin böyük ehtimalla onlarla və digər banklarla işləyəcək.

Bitcoin ilə müqayisədə fərq Bitcoin-in mərkəzləşdirilməmiş bir valyuta olmasıdır, yəni heç bir qurum və ya şəxs tərəfindən idarə olunmaması və mərkəzi banklar tərəfindən paylanmamasıdır, rəqəmsal yuan isə mərkəzdən idarə olunan bir valyutadır.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin xalqa 1,5 milyon dollar rəqəmsal pul payladı — Fins.az — Fins.az