Cənubi Koreya Mərkəzi Bankından tarixi faiz artımı

Cənubi Koreya Mərkəzi Bankından tarixi faiz artımı

BANK
283

Cənubi Koreya Mərkəzi Bankı 23 ilin pik nöqtəsində olan inflyasiya ilə mübarizəni sürətləndirdi və siyasət faizini 50 baza bəndi artırdı.

"Fins.az"  xəbər verir ki, beləliklə, bank yüksək faiz artımlarında qlobal Mərkəzi Banklara qoşulur.
Cənubi Koreya Mərkəzi Bankı siyasət faizini 50 bənd artıraraq 2,25%-ə çatdırıb. Bank son 5 iclasında faiz dərəcələrini 25 baza bəndi artırıb. 

Beləliklə, bank 1990-cı illərin sonundan bəri ən böyük faiz artımını həyata keçirdi. Prezident Rhee Chang-yong, bu məbləğdəki artımın 'yeni norma' olmadığını ifadə edərək, "İnflyasiyanın yüksəlişinin böyük ziyan vurmağa davam etməməsi üçün bu dəfə faiz dərəcələrini 50 baza bəndi artırdıq. İnflyasiya nəzərdə tutduğumuz yolda qalarsa, vəziyyəti yaxından izləyərək 25 bəndlik artımla davam etməyi gözləyirik”.

İyun ayında inflyasiya 6% təşkil edib ki, bu da 1998-ci ildən bəri ən yüksək səviyyədir. Bankdan verilən açıqlamada inflyasiyanın bir müddət bu səviyyənin üzərində qala biləcəyi bildirilib.

Qərardan sonra  milli valyuta von dollara nisbətdə 0,7 faiz bahalaşıb, Kospi indeksi isə yüksəlişini davam etdirib. Fed-in aqressiv sərtləşdirmə siyasəti ilə von bu il Asiyada yendən sonra ən çox dəyər itirən ikinci valyuta olub. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənubi Koreya Mərkəzi Bankından tarixi faiz artımı — Fins.az — Fins.az