
Cənubi Afrika Mərkəzi Bankı 4-cü dəfə faizi endirib
Cənubi Afrika Mərkəzi Bankı iqtisadiyyata dəstək təmin etmək üçün ardıcıl dördüncü dəfə faiz endirib.
Marja xəbər verir ki, Bank faizini 4.25%-dən 3.75% səviyyəsinə endirib. Bu, 1998-ci ildən bu yana ən aşağı faiz səviyyəsidir.
Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantin tədbirləri iqtisadi fəaliyyəti dayanma nöqtəsinə gətirib. Ölkədə böhran daha da dərinləşib.