Cəlal Əliyev:Hazırda bu sahədə Mərkəzi Bank ilə görüşlər keçirilir

Cəlal Əliyev:Hazırda bu sahədə Mərkəzi Bank ilə görüşlər keçirilir

BANK
1,684

"BOKT-lar tərəfindən  mikro və kiçik biznes kreditlərin verilməsi ilə bağlı tələblərə yenidən baxmağa ehtiyac var"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin Sədri Cəlal hazırda Azərbaycanda mikromaliyyə fəaliyyəti və BOKT-lar üçün  mövcud olan  problemlər barədə məlumat verərkən bildilirb. 

O qeyd edib ki,"BOKT-ların fəaliyyətini tənzimləyən qanunvericiliyin yeni rəqəmsallaşma dövrün çağırışlarına uyğunlaşdırılması arzuolunandır və bildirmək istərdim ki, hazırda bu sahədə Mərkəzi Bank ilə görüşlər keçirilir və fikir mübadiləsi aparılır."

Cəlal Əliyev bidirib ki, "Misal olaraq BOKT-lar tərəfindən  mikro və kiçik biznes kreditlərin verilməsi ilə bağlı tələblərə yenidən baxmağa ehtiyac vardır.  Az təminatlı, əmək haqqı formasında gəliri olmayan, kiçik və orta sahibkarlıqla məşğul olan insanların maliyyəyə çıxışının məhdudlaşması daha diqqət çəkən məqamdır və bu vəziyyət indi də qalmaqdadır."

Assosiasiya sərdi daha sonra "Bir tərəfdən kreditlərin verilməsi ilə bağlı tələblər və inzibatçılıq sərtləşdikcə, digər istiqamətdə - sahibkarlıq fəaliyyətinin və gəlirlərin şəffaflaşması getmədikcə maliyyə əlçatanlığı daha da çətinləşdirəcəkdir. Bu isə öz növbəsində qeyri-formal maliyyə xidmətlərinin yaranmasına, gizli məşğulluq və digər problemlərə səbəb ola bilər"- deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cəlal Əliyev:Hazırda bu sahədə Mərkəzi Bank ilə görüşlər keçirilir — Fins.az — Fins.az