
Çatbot texnologiyası bank xidmətlərini daha rahat edir
Fins.az – Rabitəbank ASC müştərilərinə bank xidmətlərindən daha rahat istifadə imkanı yaradan Rabita Bot xidmətini təqdim edir.
Bankın məlumatına görə, Rabita Bot Azərbaycanın ilk maliyyə çatbotudur və Telegram platforması üzərindən fəaliyyət göstərir.
Rabita Bot vasitəsilə müştərilər bank xidmətlərindən günün 24 saatı, həftənin 7 günü rahat və operativ şəkildə yararlana bilirlər.
Bank bildirir ki, çatbot ödənişlərin həyata keçirilməsi üçün əlavə vasitələrdən istifadə ehtiyacını aradan qaldırır. Müştərilər müxtəlif ödənişlərini Rabita Bot üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
Bundan əlavə, Rabita Bot vasitəsilə bank əməliyyatlarını yerinə yetirmək üçün banka müraciət etməyə ehtiyac qalmır. İstifadəçilər gündəlik istifadə etdikləri messencer üzərindən müxtəlif bank əməliyyatlarını operativ şəkildə həyata keçirə bilirlər.
Rabitəbank qeyd edir ki, Rabita Bot müştərilərə bank xidmətlərindən 24/7 rahat və sürətli istifadə imkanı təqdim edir.