
BVF: Azərbaycanın ÜDM-i 2032-ci ilədək ardıcıl artacaq
Fins.az - Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 2032-ci ilə qədər dayanıqlı artım trayektoriyasını davam etdirəcək.
Məlumata görə, Azərbaycanın nominal ÜDM-i 2025-ci ildə 129,09 milyard manat səviyyəsindən 2026-cı ildə 133,2 milyard manata yüksələcək. Sonrakı illərdə göstəricinin artım tendensiyası davam edərək 2027-ci ildə 141,2 milyard manata, 2028-ci ildə 149,9 milyard manata, 2029-cu ildə 159,3 milyard manata, 2030-cu ildə 169,3 milyard manata çatacağı, 2031-ci ildə isə 180,1 milyard manata yüksələcəyi gözlənilir.
Müqayisə üçün qeyd olunur ki, ölkənin nominal ÜDM-i 2023-cü ildə 123,13 milyard manat, 2024-cü ildə isə 126,52 milyard manat təşkil edib.
BVF-nin qiymətləndirmələrinə əsasən, Azərbaycanın qeyri-neft ÜDM-də də sabit artım proqnozlaşdırılır. Bu göstəricinin 2025-ci ildə 92,31 milyard manatdan 2026-cı ildə 101,5 milyard manata yüksələcəyi bildirilir. Daha sonra qeyri-neft ÜDM-in 2027-ci ildə 110,5 milyard manata, 2028-ci ildə 119 milyard manata, 2029-cu ildə 128,2 milyard manata, 2030-cu ildə 138 milyard manata, 2031-ci ildə isə 148,5 milyard manata çatacağı proqnozlaşdırılır.