
Bu bank "Sberbank"- dakı payını satdı
“Rusiya Bankı” “Sberbank”dakı payını satdı
"Fins.az" “Finam”a istinadən xəbər verir ki, bu barədə maliyyə bazarı tənzimləyticisi məlumat yayıb.
Məlumatda bildirilir ki, Moskva birjasında keçirilən 30 günlük (9 mart - 4 aprel 2020-ci il tarixində) ticarətin nəticəsinə görə, bir səhmin qiyməti “Sberbank”ın adi səhmlərinin orta çəkili qiyməti 189,44 rubl dəyərində müəyyənləşdirilib. Sövdələşmənin dəyəri 2 139 435,71 milyon rubl təşkil edib.
“Sberbank”ın adi səhmlərinin 50%-i (11 293 474 000 səhm) aprelin 10-u Rusiya hökumətinə təhvil verildi. “Rusiya Bankında” qalan 1 səhmin təhvil verilməsi müqaviləyə uyğun olaraq mayın 6-si tarixindən gec olmayaraq həyata keçiriləcək.
Bu səhmin saxlanılması “Rusiya Bankı” ilə Rusiya hökuməti arasında səhmdar müqaviləsi bağlanması üçün zəruri olduğu qeyd olunur.
Müəllif:Aynur Qəniyeva