Britaniya funtunun Azərbaycan manatına qarşı məzənnəsi üçillik maksimuma çatıb

Britaniya funtunun Azərbaycan manatına qarşı məzənnəsi üçillik maksimuma çatıb

BANK
543

Böyük Britaniya funt sterlinqinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,3349 manata yüksəlib ki, bu da 2018-ci ilin may ayının 1-dən bəri ən yüksək göstəricidir.

Hesablamalara görə, 2018-ci ilin may ayından indiyədək funtun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin mart ayının 19-da qeydə alınıb – 1,9547 manat. Beləliklə, bu gün 1 Britaniya funtunun 2,3244 manata bərabər olduğunu nəzərə alsaq, 2020-ci ilin mart ayından bəri funt sterlinq manata nisbətdə 18,9% möhkəmlənib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0322 manata enib, 1 Rusiya rublu 0,0225 manata,  1 türk lirəsinin məzənnəsi isə 0,2380 manata yüksəlib.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniya funtunun Azərbaycan manatına qarşı məzənnəsi üçillik maksimuma çatıb — Fins.az — Fins.az