Bizneslərin maliyyə risklərini azaltmağa yönələn zəmanət alətləri təqdim olunur

Bizneslərin maliyyə risklərini azaltmağa yönələn zəmanət alətləri təqdim olunur

BANK
204

Fins.az - "Bank of Baku" ASC müştərilərinə sənədli əməliyyatlar çərçivəsində zəmanət və akkreditiv xidmətləri təqdim etdiyini açıqlayıb.

Bankın məlumatına görə, təqdim olunan zəmanət xidmətlərinə tender zəmanəti, əvvəlcədən ödənişin qaytarılması zəmanəti və öhdəliklərin icra edilməsinin zəmanəti daxildir. Həmçinin qeyd olunub ki, zəmanətlər üçün nəzərdə tutulan tariflər “Stand-by” tipli akkreditivlərə də şamil edilir.

Məlumata əsasən, çıxan zəmanətlərin verilməsi üzrə komissiya məbləği zəmanət məbləğinin 0,2 faizi, minimum 50 manat təşkil edir. Şərtlərin dəyişdirilməsi və ya zəmanətin ləğvi üçün isə 50 manat xidmət haqqı tətbiq olunur. Zəmanət məbləğinin artırılması zamanı artırılan hissənin 0,2 faizi həcmində, minimum 50 manat komissiya tutulur.

Bank bildirib ki, zəmanət altında həyata keçirilən hər bir pul köçürməsi üzrə komissiya 0,3 faiz olmaqla minimum 20 manat, maksimum isə 300 manat müəyyən edilib.

Daxil olan zəmanətlər üzrə zəmanətin avizo olunması bankın təsdiqi olmadan 0,1 faiz, minimum 50 manat təşkil edir. Bankın təsdiqi ilə təqdim olunan zəmanətlər üzrə isə illik 1,5 faiz, minimum 50 manat komissiya tətbiq edilir.

Bundan əlavə, Bank of Baku müştərilərinə kommersiya və rezervli “Stand-by” akkreditivlər, həmçinin təsdiqlənmiş, təsdiqlənməmiş, geri çağırıla bilən və geri çağırıla bilməyən akkreditiv növləri üzrə xidmətlər təqdim edir.

Bankdan verilən məlumata görə, bu alətlər beynəlxalq və yerli ticarət əməliyyatlarında tərəflər arasında etibarlılığın artırılmasına və maliyyə risklərinin minimuma endirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bizneslərin maliyyə risklərini azaltmağa yönələn zəmanət alətləri təqdim olunur — Fins.az — Fins.az