Biznes əməliyyatlarında bank zəmanəti və akkreditiv xidmətləri genişlənir

Biznes əməliyyatlarında bank zəmanəti və akkreditiv xidmətləri genişlənir

BANK
206

Fins.az“Bank of Baku” ASC müştərilərinə xarici ticarət və biznes əməliyyatlarının daha etibarlı həyata keçirilməsi üçün sənədli əməliyyatlar üzrə zəmanət və akkreditiv xidmətləri təqdim edir.

Bankın məlumatına görə, sənədli əməliyyatlar çərçivəsində müştərilərə müxtəlif növ bank zəmanətləri təklif olunur. Bunlara tender zəmanəti, əvvəlcədən ödənişin qaytarılmasının zəmanəti və öhdəliklərin icra edilməsinin zəmanəti daxildir.

Bundan əlavə, Bank of Baku müxtəlif növ akkreditiv xidmətləri də göstərir. Bank tərəfindən kommersiya akkreditivi, rezervli (Stand-by) akkreditiv, təsdiqlənmiş və təsdiqlənməmiş akkreditivlər, eləcə də geri çağırılan və geri çağırılmayan akkreditivlər təqdim olunur.

Bank bildirir ki, sənədli əməliyyatlar üzrə bu xidmətlər tərəflər arasında hesablaşmaların etibarlı və beynəlxalq ticarət təcrübəsinə uyğun şəkildə həyata keçirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...