Beynəlxalq Valyuta Fondundan Azərbaycanda özəl sektorun kreditləşməsi ilə bağlı AÇIQLAMA

Beynəlxalq Valyuta Fondundan Azərbaycanda özəl sektorun kreditləşməsi ilə bağlı AÇIQLAMA

BANK
637

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 5% artacaq.

Məlumata görə, gələn ili üçün proqnoz daha nikbindir və artım 9,1% səviyyəsində gözlənilir.

Xatırladaq ki, 2020-ci ildə ölkədə özəl sektora qoyulan kreditlər həcmi 3% azalmışdı.

Qeyd edək ki, son statistik məlumatlara görə, 2021-ci ilin mayın 1-nə Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 13,2 mlrd. manat təşkil edib. Bu, 2020-ci ildəki ÜDM-nin 18,2%-ni təşkil edib. Asiya İnkişaf Bankının təhlilinə görə, bu, aşağı göstərici sayılır.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Beynəlxalq Valyuta Fondundan Azərbaycanda özəl sektorun kreditləşməsi ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az