
Beynəlxalq kredit reytinqi təşkilatı 4 Azərbaycan bankının reytinqlərinə yenidən baxıb
Beynəlxalq kredit reytinqi təşkilatı Moody's Investors Service 4 Azərbaycan bankının reytinqlərinə yenidən baxıb.
Fins.az xəbər verir ki, agentlik Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Xalq Bank və Bank Respublikanın reytinqlərinə baxıb.
Moody's Beynəlxalq Bankın kredit ödəmə qabiliyyəti reytinqini (Baseline Credit Assessment), eləcə də yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "pozitiv"dən "stabil"ə endirib.
Kapital Bank və Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərinin proqnozları "stabil"dən "neqativ"ə, Bank Respublika-nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin proqnozu isə "pozitiv"dən "neqativ"ə endirilib.
"Neqativ" proqnozda reytinqin daha da aşağı salına biləcəyi ehtimalı güclü olur.