
Bankların verdiyi kreditlərin miqdarı və faiz gəlirləri artıb
Yanvar-mart aylarında bankların faiz gəlirləri 501,6 milyon manat (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə artım 3,8% - İF), o cümlədən verilmiş kreditlər üzrə 399,3 milyon manat (artım 16,4%) təşkil edib.
Fins.az xəbər verir ki, hesabat dövründə bankların qeyri-faiz gəlirləri 174 milyon manat (artım 19,8%) məbləğində olub.
Hesabat dövründə bankların faiz xərcləri 134,9 milyon manat (azalma 4,1%), o cümlədən depozitlər üzrə 91,5 milyon manat (azalma 1,7%), qeyri-faiz xərcləri 304,6 milyon manat (artım 22,4%) təşkil edib.
Müəllif:Aynur Qəniyeva