
Bankların öhdəlikləri azalıb - MƏRKƏZİ BANK AÇIQLAYIR
Mart ayının sonuna bankların öhdəlikləri 27 milyard 477,9 milyon manata (azalma 2,4%) bərabərdir.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında məlumat verilir.
Bildirilir ki,bankların AMB qarşısında öhdəlikləri 350,7 milyon manat (artım 7,5%) məbləğində qiymətləndirilir.
Mart ayının sonuna banklarda depozit portfeli 20 milyard 586,6 milyon manat (azalma 3,5%), əhalinin əmanətləri 8 milyard 158,7 milyon manat (azalma 4,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-mart aylarında bankların ümumi xalis mənfəəti 163 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstərici ilə müqayisədə 31,6% çoxdur.
Müəllif:Aynur Qəniyeva