
Bankların mənfəəti 32%-ə yaxın artıb
2022-ci ilin yanvar-aprel aylarında banklar 248.1 mln. manat xalis mənfəət, 389.6mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.
"Fins.az" xəbər verir ki, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 57.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.5% və ya 13.7 mln. manat daha çoxdur.