Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 63,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.