Banklar 250-dən artıq filialı bağlanıb

Banklar 250-dən artıq filialı bağlanıb

BANK
783

ABŞ-ın iri bankları bu ilin birinci yarısında 250-dən çox filiallarını bağlayıb. 

Fins.az xəbər verir ki, pandemiya nəticəsində tətbiq olunan məhdudiyyətlər və bir çox xidmətlərin rəqəmsallaşdırılması bankları bu addımı atmağa vadar edib.

İlin əvvəlində ABŞ-da ən böyük xidmət şəbəkəsinə malik bank olan Wells Fargo artıq iyunun sonuna 154 filialını ləğv edib (yerli xidmət şəbəkəsinin 3%-i) və ümumi sayı 268 min nəfər olan işçilərinin 6%-ni ixtisara salıb. Daha sonrakı yerlərdə Citigroup (100 filial) və JPMorgan (40 filial) gəlir. Bank of America çox az sayda filialı bağlasa da, ümumilikdə 2500 işçisini ixtisar edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Banklar 250-dən artıq filialı bağlanıb — Fins.az — Fins.az