Bank sektorunda rəqəmsal xidmətlərin əhatə dairəsi artır

Bank sektorunda rəqəmsal xidmətlərin əhatə dairəsi artır

BANK
115

Fins.az“Bank of Baku” ASC kart sahiblərinə hesablarını məsafədən idarə etməyə imkan verən SMS Bankçılıq xidmətini təqdim edir.

Bankın məlumatına görə, xidmət vasitəsilə müştərilər kart hesabı üzrə əməliyyatlar barədə SMS bildirişlər ala, cari balansı öyrənə, kartı bloklaşdıra və blokdan aça, həmçinin son 10 əməliyyat üzrə çıxarış əldə edə bilərlər.

Bildirilib ki, SMS Bankçılıq xidməti sutkanın 24 saatı və həftənin 7 günü aktivdir. Xidmətdən istifadə üçün müəyyən formatda SMS mətnini 8145 nömrəsinə göndərmək tələb olunur.

Balansı öyrənmək üçün “BALANCE”, kartı bloklamaq üçün “BLOCK”, blokdan çıxarmaq üçün “UNBLOCK”, son əməliyyatlar üzrə çıxarış almaq üçün isə “STATE” əmrlərindən istifadə edilir.

Bank qeyd edir ki, SMS Bankçılıq xidmətinin aktivləşdirilməsi Dostbank mobil tətbiqi və ya müştərinin müraciəti əsasında həyata keçirilir. Xidmət üzrə tarif həm debet, həm də kredit kartları üçün 15 AZN təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank sektorunda rəqəmsal xidmətlərin əhatə dairəsi artır — Fins.az — Fins.az