
"Bank Respublika"nın hansı xidmətindən evdən çıxmadan istifadə edə bilərsiniz
"Bank Respublika" ölkənin mob.app olan ilk banklarından biridir. Hazırda bizim mob.app olan Mobil Şöbə ölkə bankları arasında 3 ən çox istifadə olunan appdır
Mobil Şöbə vasitəsilə evdən çıxmadan bank əməliyyatları aparmaq mümkündür.
Bankın mobil əlavəsi vasitəsi ilə banka getmədən bir çox əməliyyatları hətata keçirə bilərsiniz.
“Mobil Şöbə”-nin funksionalı kartın balansı haqqında məlumat və çıxarış, bank hesablarında qalıqlar, mövcud kreditlər və ödəniş qrafikləri haqqında məlumat, əmanətlər haqqında ətraflı hesabat kimi xidmətləri özündə cəmləyir.
Card to Card əməliyyatları, hesaba mədaxil və kommunal xidmətlərin ödənişini etmək, həmçinin yeni əlavə vasitəsilə mümkündür. Yeniliklərdən biri şəxsi ödəniş şablonlarının yaradılması imkanıdır ki, bu şablonları gələcəkdə məlumatların doldurulmasına artıq vaxt sərf etmədən istifadə etmək olar.
İndi Sizə yaxın və uyğun olan bank filialını, bankomatı və ya PayKart bonus sisteminin partnyorunu axtarıb tapmaq daha asan oldu. Müvafiq bölümlərdə obyektin harada yerləşdiyi barədə ətraflı məlumatı Google Maps xəritəsində əldə edə bilərsiniz.
“Mobil Şöbə” –nin istifadəçisi olmaq üçün “Bank Respublika” və “Mobil Şöbə” açar sözlərini Google Play-də yazıb həmin əlavəni yükləyin. Daha sonra Bankın uyğun filialına müraciət edərək mobil qurğunuzun qeydiyyatı üçün Sizə birdəfəlik şifrə veriləcək. Qeydiyyatdan keçən kimi “Mobil Şöbə” seçdiyiniz dördrəqəmli PİN-kodla istifadə oluna bilər.
Hal-hazırda bu əlavə yalnız Android (5.0 və daha yuxarı) platformasından yüklənə bilər, lakin yaxın zamanda iOS sistemi üçün də yeni versiya təqdim ediləcək.
Bank korparativ müştəriləri üçün də böyük imkanlar yaradan mobil ofis əlavəsini təqdim edir.
Mobil Ofis əlavəsi – bank hesabları ilə aparılan bütün əməliyyatlar haqqında Sizi məlumatlandıran virtual ofisinizdir.
Push-bildirişləri vasitəsilə bu əlavə fon rejimində olan zaman vacib əməliyyatlar gözünüzdən yayınmayacaq.
Mobil Ofis hüquqi şəxsin cari, kredit, depozit və kart hesabları haqqında ətraflı məlumat təqdim edir. Həmçinin, bir əlavəyə eyni zamanda bir neçə hüquqi şəxsin qoşulması mümkündür.
Bank Respublika-nın müştərisi olan hüquqi şəxslər Mobil Ofis xidmətini bankın uyğun filialına mürəciət edib qoşula bilərlər.
Mobil Ofis əlavəsi – biznesin daha rahat idarə olunmasını təmin edir.

Mobil əlavənin üstünlükləri
- Plastik Kartlar üzrə hesabat
- Cari hesablar üzrə hesabat
- Əmanətlər üzrə hesabat
- Əlavəyə eyni zamanda bir neçə hüquqi şəxsin qoşulması
- Push-bildirişlər
Giriş və əsas menyu

Daxili menyular və Push-məlumatlandırma
Android üçün link (versiya 4.0.3 və daha yuxarı):
//play.google.com/store/apps/details?id=az.bankrespublika.mobilofis&hl=en
iOS üçün link (versiya 9.0 və daha yuxarı):
itunes.apple.com/az/app/bank-respublika-mobile-office/id1281438442?mt=8
Müəllif: Aynur Qəniyeva