
Bank Ombudsmanı hesabat verdi
2019-cu ildə Bank Ombudsmanının fəaliyyəti dövründə 89 müraciət daxil olub.
Fins.az xəbər verir ki, bu barədə Bank Ombudsmanı məlumat yayımlayıb
Məlumatda bildirilir ki, üraciətlər üzrə, 16 qərar verilmiş və 9 Barışıq sazişi imzalanıb .Eyni zamanda bildilir ki, daxil olan müraciətlərin əksəriyyəti Bank Ombudsmanının səlahiyyətlərinə aid olmadığı üçün aidiyyatı üzrə göndərilmişdir. Müraciətlərə əsasən, “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il imzaladığı Fərmanın tətbiqi ilə bağlı kompensasiyanın verilməsi və restrukturizasiya prosesinin keçirilməsi, sosial dolanışıq vəziyyətinə görə artan aylıq ödənişlərinin ödəmə imkanın zəifləməsi səbəbindən aylıq ödənişlərə və hesablanmış faizlərə müəyyən güzəştlərin edilməsi, Bank tərəfindən faizlərin düzgün hesablanılmaması iddiası, pozulmuş hüquqların bərpası, tərəflərin öhdəlikləri düzgün yerinə yetirməməsi və s. daxildir.
Müəllif: Aynur Qəniyeva