
"Bank of Baku"nun xalis mənfəəti 2 dəfə artaraq 18.5mln manatdan çox olub
"Bank of Baku" ASC-nin 2022-ci ilin yanvar-iyun ayları ərzində xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqaisədə 2 dəfə artaraq 18 milyon 501 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun dövründə "Bank of Baku"nun cəmi aktivləri hesbat dövründə 82 milyon 330 min manat və ya 16,5% artaraq 579 milyon 825 min manata yüksəlib.
"Bank of Baku"nun kredit portfeli ilin əvvəlinə nisbətən 17,1% və ya 70 milyon 971 min manat artaraq 484 milyon 833 min manata çatıb.
"Bank of Baku"nun əməliyyat mənfəəti 16 milyon 732 min manat təşkil edib. Bankın hesabat dövründə faiz və qeyri-faiz gəlirləri 51 milyon 111 min manat olub.