Bank kartlarında loyallıq sistemləri daha kompleks mərhələyə keçir

Bank kartlarında loyallıq sistemləri daha kompleks mərhələyə keçir

BANK
180

Fins.az - “Bank Respublika” ASC-nin təqdim etdiyi Visa Neo NeoKart (Neo Standard və Neo Premium) kartları müştərilərə gündəlik alış-verişlərdə, həmçinin səyahət və ödəniş əməliyyatlarında geniş üstünlüklər qazandırır.

Bankın məlumatına görə, NeoKart vasitəsilə istifadəçilər alış-veriş etdikləri yerdən asılı olmayaraq — restoran, yanacaqdoldurma məntəqəsi, mağaza və digər POS terminallarında — NeoBonuslar qazanırlar. Toplanan bonuslar daha sonra keşbek, səyahət milləri, danışıq dəqiqələri və mobil internet paketləri ilə dəyişdirilə bilir.

NeoKartın buraxılma haqqı seçilən kart növündən və müddətdən asılı olaraq dəyişir: Neo Standard üçün 10–20 AZN, Neo Premium üçün isə 40–80 AZN aralığındadır. Kartın istifadə müddəti 1, 2 və ya 3 il ola bilər.

Kart sahibləri üçün keşbek sistemi də tətbiq olunur. Neo Standard kartında 1%-dək ümumi, seçilmiş kateqoriyalarda isə 3,5%-dək keşbek təklif edilir. Neo Premium kartında isə ümumi 1%-dək, seçilmiş kateqoriyalarda 3,5–5%-dək keşbek imkanı mövcuddur. Maksimum keşbek limiti Neo Standard üçün 200 AZN, Neo Premium üçün isə 300 AZN təşkil edir.

Kartlar üzrə qalıq vəsaitə faiz gəliri də mövcuddur. Neo Standard üçün AZN üzrə 3%, USD üzrə 0,1%, Neo Premium üçün isə AZN üzrə 5%, USD üzrə 0,2% illik faiz tətbiq olunur.

Kredit xətti üzrə güzəşt müddəti 45 gün təşkil edir. Kredit limiti Neo Standard kartı üçün 5 000 AZN-ə, Neo Premium üçün isə 15 000 AZN-ə qədər müəyyən edilir. Kredit xəttinin müddəti 24 ayadək, kartın istifadə müddəti isə 36 ayadəkdir. İllik faiz dərəcəsi 24–26% aralığındadır.

NeoKart sahibləri Bank Respublika ATM-lərində nağdlaşdırmanı pulsuz həyata keçirə bilir, ölkədaxili digər bank ATM-lərində isə müəyyən sayda əməliyyatlar (Neo Standard üçün 5 dəfə, Neo Premium üçün 10 dəfə) pulsuzdur.

Neo Premium kart sahiblərinə əlavə olaraq ildə 4 dəfə LoungeKey xidmətindən istifadə, Heydər Əliyev Beynəlxalq Hava Limanında transfer və FastLine xidmətləri, 24/7 Concierge servisi və səyahət sığortası kimi üstünlüklər təqdim edilir.

Kart sahibləri “Xoş gəldin bonusu”ndan da yararlana bilir: Neo Standard üçün 2000, Neo Premium üçün isə 4000 bonus. Bu bonuslar ilkin şərtləri yerinə yetirən müştərilərə kartın ilk ayında təqdim olunur.

NeoBonusların istifadəsi genişdir və onlar 1000-ə bölünərək keşbekə, 900-ə bölünərək səyahət millərinə çevrilə bilir. Bonuslar həmçinin mobil operator xidmətləri və internet paketləri üçün də istifadə oluna bilər.

NeoKart məhsulu üzrə müraciətlər Bank Respublika filiallarında, Mobil Şöbə tətbiqində və ya bankın onlayn platforması vasitəsilə həyata keçirilir və kart müştəriyə 3 iş günü ərzində təqdim olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank kartlarında loyallıq sistemləri daha kompleks mərhələyə keçir — Fins.az — Fins.az