Bank kartlarında Google Pay dəstəyi genişlənir

Bank kartlarında Google Pay dəstəyi genişlənir

BANK
252

Fins.azRabitəbank ASC müştəriləri artıq Google Pay™ xidmətindən istifadə edə bilərlər. Yeni xidmət Android və Wear OS əməliyyat sistemi ilə işləyən cihazlarda Rabitəbankın kredit və debet kartları ilə təmassız ödəniş imkanı yaradır.

Bankın məlumatına görə, Google Pay™ xidmətindən istifadə etmək üçün Android 6.0 və ya daha yeni əməliyyat sistemini dəstəkləyən Android cihaz tələb olunur.

Android cihazlarında xidməti aktivləşdirmək üçün istifadəçilər Rabita Mobile tətbiqinə daxil olaraq "GPay-ə əlavə et" düyməsini seçməli və ekrandakı təlimatlara uyğun şəkildə Rabitəbankın kredit və ya debet kartını əlavə etməlidirlər. Bank qeyd edir ki, Google Pay™ xidmətinə qoşulmaq üçün cihazda Google Wallet tətbiqinin quraşdırılması da vacibdir.

Wear OS əməliyyat sistemli cihazlarda isə istifadəçilər Google Wallet tətbiqinə daxil olaraq "GPay-ə əlavə et" bölməsi vasitəsilə təlimatlara uyğun şəkildə Rabitəbank kartını əlavə edə bilərlər.

Şirkətin məlumatına əsasən, Google Pay™ dəstəklənən bütün satış nöqtələrində Android və Wear OS cihazları vasitəsilə təmassız ödəniş etmək mümkündür. Bunun üçün cihazı ödəniş terminalına yaxınlaşdırmaq və əməliyyatın təsdiqlənməsini gözləmək kifayətdir.

Bank bildirir ki, Android cihazları ilə təmassız ödənişlərin həyata keçirilməsi üçün NFC funksiyası aktiv olmalıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank kartlarında Google Pay dəstəyi genişlənir — Fins.az — Fins.az