Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” ikinci günə start verib

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” ikinci günə start verib

BANK
266

Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günü işə başlayıb.

Fins.az xəbər verir ki, sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə təşkil olunub.

Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.

Sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər, regional əməkdaşlıq, rəqəmsal transformasiya, ödəniş və hesablaşma sistemləri, açıq bankçılıq, süni intellekt, kibertəhlükəsizlik, komplayens, İslam maliyyəsi, yaşıl maliyyə və investisiya imkanları kimi mövzular müzakirə olunur.

Tədbirin ikinci günündə əsas diqqət kibertəhlükəsizlik, fırıldaqçılığa qarşı mübarizə və komplayens ekosistemlərinin inkişafına yönəlib.

“Fraud Prevention & Cybersecurity” adlı VII panel çərçivəsində fişinq fırıldaqçılığına qarşı mövcud həllər, bank sektorunda rəqəmsal fırıldaqçılıq statistikası, süni intellekt dövründə təhlükəsizlik məsələləri və biometrik platformaların maliyyə sektorunda tətbiqi müzakirə edilir.

Paneldə “Measures to Combat Fraudulent Operations”, “Digital Fraud in the Banking Sector: Statistics, Trends and Regulatory Plans”, “The Beauty and Ugliness of AI: Security in the Age of Hype” və “The benefits of using a biometric platform in the financial sector. VisionLabs' Experience in Kazakhstan” mövzularında təqdimatlar keçirilir.

Eyni zamanda, “Building Effective Compliance Ecosystems: Global Trends & Regional Insights” adlı VIII paneldə makroregional risklərin azaldılmasında komplayens ekosistemlərinin rolu, Mərkəzi Asiyada komplayens sistemlərinin qurulması, maliyyə bütövlüyünün gücləndirilməsi və süni intellekt dövründə insan nəzarəti və məlumat məsuliyyəti məsələləri müzakirə olunur.

Panel çərçivəsində “Regulatory Compliance Ecosystems as a Factor in Mitigating Macro-Regional Risks: Experience and Strategic Vision”, “Building Effective Compliance Ecosystems in Central Asia”, “Strengthening Financial Integrity Through Sustainable Compliance Ecosystems”, “The Future of Compliance Ecosystems: From Regulatory Obligation to Strategic Value” və “Compliance in the Age of AI: Accountability, Data and Human Oversight” mövzularında çıxışlar nəzərdə tutulub.

Qeyd edək ki, sammitin ilk günü bir sıra mühüm əməkdaşlıq sənədlərinin imzalanması ilə yadda qalıb. Belə ki, Azərbaycan Fintex Assosiasiyası ilə Mərkəzi Asiya Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Həmçinin sammit çərçivəsində VISA ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında memorandum imzalanıb. Bundan əlavə, Azərbaycan Banklar Assosiasiyası ilə Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi arasında da əməkdaşlıq sazişi imzalanıb.

Sammit bank-maliyyə sektorunun rəhbərlərini, tənzimləyici qurumları, beynəlxalq maliyyə institutlarını, texnologiya təminatçılarını, startapları, investorları və beynəlxalq ekspertləri bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” ikinci günə start verib — Fins.az — Fins.az