Bağlanan banklarda qalan əmanətlər nə vaxt qaytarılacaq?- ELMAN RÜSTƏMOV DƏQİQ TARİXİ AÇIQLADI

Bağlanan banklarda qalan əmanətlər nə vaxt qaytarılacaq?- ELMAN RÜSTƏMOV DƏQİQ TARİXİ AÇIQLADI

BANK
1,446

"Biz bu məsələni tezliklə həll etmək istəyirik ki, əhali əmanətlərini almağa başlasın"

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-də əmanətlərin qaytarılmasının tarixi ilə bağlı sualı cavablandırarkən deyib.

Mərkəzi Bank sədri bildirib ki, artıq iki bank üzrə Mərkəzi Banka aid olan prosedurlar tamamlanıb:"İndi isə bir sıra dövlət daxili prosedurlar var, onlar həyata keçirilir. İlk növbədə banklarda olan əmanətlərin siyahısı ilə Əmanətlərin Sığortalanması Fondunda olan qorunan əmanətlərin siyahısı, reyestri üzləşdirilir, dəqiqləşdirilir ki, heç kim kənarda qalmasın və yaxud da heç kim qanunsuz olaraq ora düşməsin. Fond artıq öz işinə başlayıb. Onların müəyyən qədər vəsaitləri var, amma tam deyil. Bunun üçün kredit məqsədiylə Mərkəzi Banka müraciət edilib. Əmanətlərin verilməsi üçün ən gec tarix iyunun 1-dir. Halbuki bununla bağlı qanunla 3 ay müddət verilib. Amma biz bu məsələni tezliklə həll etmək istəyirik ki, əhali əmanətlərini almağa başlasın, onu başqa bir banka köçürsün. O bank vasitəsiylə əmanətini idarə etsin. Artıq əhalinin öz seçimi olacaq. Biz çox stabil və ayaq üstə dayanan banklar seçəcəyik. Vəsaitlər həmin banklara köçürüləcək və əhali üçün hesablar açılacaq".  

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bağlanan banklarda qalan əmanətlər nə vaxt qaytarılacaq?- ELMAN RÜSTƏMOV DƏQİQ TARİXİ AÇIQLADI — Fins.az — Fins.az