
Bağlanan banklarda hesabı olan sahibkarların pulu niyə qaytarılmır ? -ABA RƏSMİSİNDƏN AÇIQLAMA
"Əmanətlərin Sığortalanmsı Haqqında" qanununa əsasən bankın fiziki şəxslərə qaytarmalı olduğu bütün vəsaitlər - yəni illik 10%-ə qədər banka qoyulan bütün əmanətlər sığortalanıb.
Fins.az xəbər verir ki,bunu Azərbaycan Banklar Assosasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev Atv tv kanalında efirə gedən "İqtisadi Zona" verilişinə deyib
O, sahibkar hesablarında olan vəsaitlərin qaytarılmaması barədə bidirib ki, paralel olaraq fiziki şəxslərin bank hesablarında, altını xüsusilə cızıram ki, məhz fiziki şəxslərin sahibkarların yox, bank hesablarında olan vəsaitlərin qaytarılmasına dövlət təminatı verilir.
Banklar Assosasiyasının rəsmisi eyni zamanda "Başqa sözlə Əmanətlərin Sığortalanması Fondu yaxın günlərdə elan etdiyi qaydada və müddətdə həmin vəsaitlər tam olaraq geri qaytarılacaqdır" -deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva