Azərbaycan–İsveçrə arasında pul köçürmələri artıb

Azərbaycan–İsveçrə arasında pul köçürmələri artıb

BANK
311

2025-ci ildə İsveçrədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,363 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 202 min ABŞ dolları və ya 2% artım deməkdir.

Məlumata əsasən, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsveçrənin payı 0,9% təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan İsveçrəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,976 milyon ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 22,2% artım deməkdir.

Qeyd olunub ki, həmin dövrdə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsveçrənin payı 1,6% təşkil edib.

Məlumata görə, 2024-cü ildə Azərbaycandan İsveçrəyə pul köçürmələrinin həcmi 6,525 milyon ABŞ dolları, əks istiqamətdə isə 10,161 milyon ABŞ dolları olub.

Ümumilikdə isə 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azalma deməkdir.

Eyni dövrdə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları olub və bu göstərici 94,1 milyon ABŞ dolları və ya 8,7% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–İsveçrə arasında pul köçürmələri artıb — Fins.az — Fins.az