Azərbaycanın xarici borcu azalıb, valyuta ehtiyatları artıb

Azərbaycanın xarici borcu azalıb, valyuta ehtiyatları artıb

BANK
234

Fins.az – 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 617 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar–iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azdır.

Hesabatda qeyd olunub ki, 2026-cı il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 769 milyon ABŞ dollarına çatıb. Bu isə illik müqayisədə 10,4% artım deməkdir.

Qeyd edək ki, Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə baş iqtisadçısı Val Mansur "İqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün turizm potensialının açılması" mövzusunda keçirilən tədbirdə bildirib ki, Azərbaycan hökuməti büdcə profisitini qoruyub saxlayıb, dövlət borcu aşağı səviyyədə qalır, beynəlxalq ehtiyatlar kifayət qədərdir və bank sektoru sabitliyini davam etdirir.

Onun sözlərinə görə, neft-qaz sektorunun iqtisadi artımın əsas mənbəyi kimi rolunun tədricən azalması fonunda iqtisadiyyatın yeni inkişaf hərəkətverici qüvvələrinə ehtiyac var.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...