Azərbaycanın ödəniş sistemlərində kəskin artım qeydə alınıb - AMB

Azərbaycanın ödəniş sistemlərində kəskin artım qeydə alınıb - AMB

BANK
260

Azərbaycanın ödəniş ekosistemində son illərdə kəskin və dinamik artım qeydə alınıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Böyük proqram təminatı mühəndisi və ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə bildirib.

Onun sözlərinə görə, ölkənin ödəniş ekosistemində son 5 il ərzində ciddi artım müşahidə olunub.

Belə ki, sistemdə emal edilən əməliyyatların sayı 86 dəfə artaraq təxminən 116 mindən 10 milyona yüksəlib.

Eyni dövrdə əməliyyatların ümumi dövriyyəsi də 9,3 dəfə artaraq 281 milyon manatdan 2,6 milyard manata çatıb.

T.Acıraqayev qeyd edib ki, 2021–2024-cü illər ərzində artım tempi sabit və ardıcıl xarakter daşıyıb və hər iki ildən bir göstəricilərdə ikiqat artım müşahidə olunub.

Onun sözlərinə görə, 2025-ci il ödəniş ekosistemində əsl dönüş nöqtəsi olub və bu dövrdə əməliyyatların sayı 2024-cü illə müqayisədə 12 dəfədən çox artıb.

AMB rəsmisi bildirib ki, bu sıçrayışın əsas səbəblərindən biri P2P (şəxsdən şəxsə) köçürmələrinin iOS əməliyyat sistemi vasitəsilə də emalının təmin olunmasıdır.

O əlavə edib ki, 2026-cı ilin ilk aylarında da yüksələn trend davam edib.

Belə ki, yanvar ayında 312 milyon AZN dəyərində 2,1 milyon əməliyyat həyata keçirildiyi halda, aprel ayında bu göstəricilər 940 milyon AZN və 9,8 milyon əməliyyata yüksəlib.

Nəticədə cəmi 4 ay ərzində əməliyyatların sayı 4,6 dəfə, ümumi məbləğ isə 3 dəfə artım nümayiş etdirib.

T.Acıraqayev vurğulayıb ki, 2026-cı ilin ilk 4 ayı ərzində emal edilən ümumi məbləğ 2,23 milyard AZN təşkil edib və bu göstərici artıq 2025-ci ilin illik həcminin 85 faizinə bərabərdir.

Onun sözlərinə görə, aprel ayında həm əməliyyat sayı, həm də məbləğ üzrə yeni aylıq rekordlar qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın ödəniş sistemlərində kəskin artım qeydə alınıb - AMB — Fins.az — Fins.az