Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb

Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb

BANK
423

Mərkəzi Bankın 2026-cı ilin fevral proqnozlarına əsasən, cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2,4%, qeyri-neft-qaz ÜDM üzrə isə 4,0% olacağı gözlənildiyi bildirilir.

Fins.az Azərbaycan Mərkəzi Bankı məlumatına əsasən xəbər verir ki, proqnozlara görə, 2026-cı ildə ümumi ÜDM-in artımına neft-qaz sektorunun azaldıcı, qeyri-neft-qaz sektorunun isə artırıcı təsir edəcəyi qeyd olunur. Cari ildə qeyri-neft-qaz sektorunda artımın əsas drayverlərinin ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı, eləcə də əsas fondların ümumi yığımı olacağı gözlənilir.

Məlumatda 2027-ci il üzrə də proqnozlar açıqlanıb. Bildirilir ki, 2027-ci ildə iqtisadi artım tempinin ümumi ÜDM üzrə 2,9%, qeyri-neft-qaz sektoru üzrə isə 4,3% təşkil edəcəyi proqnozlaşdırılır. Həmin ildə də ümumi ÜDM-in artımına neft-qaz sektorunun azaldıcı, qeyri-neft-qaz sektorunun isə artırıcı təsir göstərəcəyi vurğulanır.

Qeyd olunur ki, 2027-ci ildə qeyri-neft-qaz sektorunun artımını 2026-cı ildə olduğu kimi ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımı şərtləndirəcək.

Açıqlamada bildirilir ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Belə ki, bu sektorda 2026-cı il üçün 2,4% real azalma, 2027-ci il üçün isə 1,3% real azalma proqnozlaşdırılır.

Eyni zamanda qeyd edilir ki, 2026 və 2027-ci illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması əsasən daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq. 2025 və 2026-cı illər üzrə isə artımın daha çox daxili məcmu tələbin dinamikası ilə şərtlənəcəyi bildirilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb — Fins.az — Fins.az