
Azərbaycanın inflyasiya göstəriciləri üzrə BVF proqnozunu açıqlayıb
Fins.az - Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanda 2026-cı ildə inflyasiya səviyyəsinin 6%-ə qədər yüksələcəyi, daha sonra isə tədricən azalaraq 2028–2031-ci illərdə təxminən 4% səviyyəsində sabitləşəcəyi gözlənilir.
Məlumata görə, ölkədə inflyasiya 2023-cü ildə 2,1%, 2024-cü ildə 4,9% təşkil edib, 2025-ci ildə isə 5,2% səviyyəsində qiymətləndirilib.
BVF-nin hesabatında qeyd olunur ki, qeyri-neft ÜDM-in artımı 2026-cı ildə 3,7%-ə qədər sürətlənəcək, daha sonra orta müddətli dövrdə təxminən 3,5% səviyyəsində sabitləşəcək. Bu dinamika 2026-cı ildə fiskal konsolidasiyanın zəifləməsi və geosiyasi gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsinin dolayı təsirləri ilə izah edilir.
Eyni zamanda bildirilir ki, bu müsbət təsirlər biznes etimadının və investisiya fəallığının azalması ilə qismən kompensasiya olunur.