Azərbaycanın əmtəə ixracı 24,1 milyard dollar olub, qeyri-neft ixracı 7% artıb

Azərbaycanın əmtəə ixracı 24,1 milyard dollar olub, qeyri-neft ixracı 7% artıb

BANK
276

2025-ci ildə Azərbaycandan əmtəə ixracı 7,4% azalaraq 24,1 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, ixracın əsas hissəsi neft-qaz sektorundan olub və dövr ərzində 20,6 milyard dollar həcmində reallaşıb. Bu göstəricinin 12,6 milyard dolları xam neftin, 7,3 milyard dolları təbii qazın, 0,7 milyard dolları isə neft emalı məhsullarının payına düşüb.

Eyni zamanda, 2025-ci ildə qeyri-neft ixracı 7,0% artaraq 3,5 milyard dollar təşkil edib. Bu, ölkənin ixrac strukturunda diversifikasiyanın davam etdiyini və qeyri-neft sektorunun rolunun yüksəldiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın əmtəə ixracı 24,1 milyard dollar olub, qeyri-neft ixracı 7% artıb — Fins.az — Fins.az